Azərbaycanda növbədənkənar prezident seçkiləri niyə təyin edildi? – İki mühüm səbəb

0
248

Prezident İlham Əliyev 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncam imzalayıb. Bu qərarın iki mümkün səbəbi var:

Birincisi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsinə nail olan siyasi hakimiyyət mövcud üstünlüyündən istifadə edir: siyasi təcrübədə belə üstünlüyün seçki prosesində istifadə edilməsi təbiidir;

İkincisi, Qarabağ məsələsi tam həll edildikdən sonra həm ölkədə, həm də bölgədə yeni situasiya yaranıb, xüsusilə geosiyasi mübarizənin Azərbaycanın daxili siyasi müstəvisinə təsir edəcəyi, yaxud belə cəhdlərin olacağı gözləntisi var: Əliyev daxili siyasətdə üstün mövqeyini daha da möhkəmləndirərək, yeni dövrə güclü şəkildə getmək niyyətindədir;