Azərbaycanda neçə nəfər vaksinin ikinci dozasını vurdurub? – AÇIQLAMA

0
384

Fevralın 23-nə olan məlumata əsasən, ölkə üzrə 207 mindən artıq vətəndaş vaksinasiya olunub.

Nazirlər Kabinetindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 207 mindən artıq vətəndaş COVID-19-a qarşı 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.

İndiyə qədər ölkəyə 1 milyon 63 min doza vaksin gətirilib.

Qeyd edək ki, yaşı 65-dən yuxarı vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 75 762 nəfər, 2-ci doza peyvəndi qəbul edənlərin sayı 1 312 nəfər olub.

50-64 yaşlarında olan vətəndaşlardan 1-ci doza peyvəndi qəbul edənlərin sayı 90 950 nəfər, 2-ci doza qəbul edənlərin sayı 14 638 nəfər olub.