Azərbaycanda nazirliyin 30-a yaxın əməkdaşının işdən çıxarılmasına aydınlıq gətirilib – YENİLƏNİB

0
358

Dövlət Sosial Müdafiə Fondunun Qazax Şöbəsində 30-nəfər əməkdaşın işdən çıxarılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili məlumat verib.

O bildirib ki, bu istiqamətdə yayılan məlumatlar, işçilərin işdən azad edilməsi faktı əsassızdır.

18:26

Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsində 30 nəfərin işdən çıxarılması məsələsinə aydınlıq gətirilib.

Müvəqqəti olaraq şöbənin rəhbər vəzifəsini icra edən Nemət Mehbalıyevin Oxu.Az-a verdiyi açıqlamaya görə, işdən çıxarılma məsələsi həqiqəti əks etdirmir:

”Biz Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon qəbul Şöbəsi olaraq 20 saylı Tovuz Rayon Regional İdarəyə tabeyik. Əməkdaşlarımız isə ötən ilin avqust ayında imtahan mərhələsindən keçiblər. Ötən ilin noyabr ayında imtahandan keçməyən və orta təhsilli əməkdaşların müqaviləsinə xitam verilib. 30 nəfərin işdən çıxarılması məsələsi həqiqəti əks etdirmir, şöbənin cəmi 26 işçisi olub. İmtahan mərhələsindən keçən işçilərin bir qismi şöbədə qaldı, digərləri isə Tovuz Rayon Regional İdarəyə göndəriliblər. Hazırda qəbul şöbəsində kargüzar, sürücü olmaqla cəmi 7 nəfər işçimiz qalıb”.

16:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 30-a yaxın şəxsi işdən azad edib.

Dövlət Sosial Müdafiə Fondunun Qazax Rayon Şöbəsinin 30 əməkdaşı işdən azad olunaraq, Fondun Tovuz rayonun şöbəsinə köçürülüb.

İlkin məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Qazax və Tovuz filialları birləşdirilərək, regional mərkəz yaradılır.

Hazırda Fondun Qazax Rayon Şöbəsində bir neçə əməkdaş qalıb, rəhbərlik səlahiyyətlərinin icrası isə müvəqqəti olaraq Nemət Mərdalıyeva həvalə olunub.