Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.
Məryəm Qafarzadə nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
O, bundan əvvəl Gənclər və İdman Nazirliyinin sektor müdiri vəzifəsindən çalışıb.
M. Qafarzadə eyni zamanda, Avropa Şurasının Anti-Dopinq Konvesiyasına uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri vəzifəsində fəaliyyət göstərir.
Qeyd edək ki, sözügedən vəzifəni bundan əvvəl İntiqam Hümbətov yerinə yetirib. O, bir neçə gün əvvəl vəzifəsindən uzaqlaşdırılıb.