Azərbaycanda meymunçiçəyinə görə karantin SƏRTLƏŞDİRİLƏCƏK? – RƏSMİ XƏBƏRDARLIQ

0
302

Dünyada meymunçiçəyi yayılmaqda davam edir. Artıq qonşu Gürcüstanda da bu virusa yoluxma faktı qeydə alınıb.

Bəs Azərbaycanda xəstəliyin aşkarlanması üçün xüsusi bir test mövcuddurmu? 

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Ləman Qalimova Xəzərxəbər-ə deyir ki, meymunçiçəyini müəyyən edən test yoxdur. Çünki virus hələ pandemiya halını almayıb. Amma xəstəliyi bir neçə metodla aşkarlamaq mümkündür.

Mütəxəssisin dediyinə görə, virusun ölkəmizdə yayılma riskini azaltmaq üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Həkim-infeksionist Aytən Ziyadova isə bildirir ki, şübhəli hallarda xaricdən gələn vətəndaşları karantinə almaq olar. Çünki virusun kliniki əlamətləri 8 gün ərzində gizli qala bilir.

İnfeksionist hesab edir ki, dünya bu xəstəliyə qarşı hazırlıqlıdır. Onun sözlərinə görə, çiçək virusu peyvəndi meymunçiçəyinə qarşı da effektlidir.