Azərbaycanda məşhur turizm mərkəzinin külli miqdarda borcu var

0
668

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-nin dövlət büdcəsinə borcunun məbləği məlum olub.

Bu günə olan borcun həcmi 2 353 003,39 manat təşkil edir.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,8 milyon manatdır.

Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.