
Fevralın 15-dən Azərbaycanda fəaliyyət göstərən məktəblərin bağlanması iddia olunub.
Bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb.
Bildirilib ki, buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artmasıdır.
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir.