Bu gecə Qusar rayonunda daha bir ailəvi zəhərlənmə hadisəsi baş verib.
Qusar şəhər sakinləri, 1972-ci il təvəllüdlü Zaryat Mövlanova, onun 12 yaşlı oğlu Zamir və onlara qonaq gəlmiş, 1967-ci il təvəllüdlü Xəyalə Nuraliyeva evdə yedikləri “Rollton” supundan zəhərləniblər.
Zəhərlənən şəxslər dekabrın 16-ı gecə saat 01 radələrində xəstəxanaya müraciət ediblər, hazırda vəziyyətləri yaxşıdır. Faktla bağlı araşdırma aparılır.