Azərbaycanda koronovirusdan üç nəfər öldü

0
302

Azərbaycanda son sutkada koronavirusa 115 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 231 022 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 224 961 nəfər müalicə olunaraq sağalıb, 3 156 nəfər vəfat edib, aktiv xəstə sayı 2 905 nəfərdir.

Ölkədə son sutka ərzində 6 582, hazırkı dövrədək isə 2 446 300  test aparılıb.