İndiyədək ölkəmizdə 35 jurnalist koronavirusa yoluxub.
Bu barədə açıqlamasında Jurnalist Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli bildirib.
“Son rəqəmlərə görə, indiyədək jurnalistlər arasında 35 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 3 nəfəri vəfat edib. 21 nəfər isə müalicəsini başa vuraraq evə buraxılıb. Həyatını itirən jurnalistlər foto-jurnalist Fərman Bağırov, AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru Etibar Babayev və AzTV-nin rejissoru Samir Nəcəfzadədir”, – deyə sədr əlavə edib.