Azərbaycanda koronavirusla mübarizəyə görə 11,7 milyon manat müddətli əlavə ödənildi – RƏSMİ

0
311

Koronavirus pandemiyası ilə mübarizədə iştirak edən Bakı şəhəri üzrə 145, respublikanın digər şəhər və rayonları üzrə 118 dövlət səhiyyə müəssisəsinin tibb və qeyri-tibb işçilərinə mart ayı üzrə iş vaxtına mütənasib 11,7 milyon manat müddətli əlavə ödənilib.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin qərarına əsasən, Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 21 462 nəfər tibb işçisinə, 372 nəfər qeyri-tibb işçisinə mart ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.