Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə xərclənən vəsait açıqlandı

0
426

Azərbaycanda koronavirusdan müalicə olunan bir xəstəyə xərclənən vəsait təxminən 80-150 manat arasında dəyişir. Virusu yüngül keçirən xəstəyə 80, ən ağır xəstəyə 150 manat düşür”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, bu, dəyişən rəqəmdir:
“Çünki qeyd olunan rəqəm mart aid rəqəmdir. Bu xərclərə xəstənin yeməyi, onun üçün istifadə olunan dərman, geyim maska və həkimlərə verilən əmək haqqı, əlavələr və onların istifadə etdiyi xüsusi qoruyucu vasitələrə sərf olunur”.