Azərbaycanda koronavirusa yoluxma sağalma sayını yenidən üstələdi: Üç nəfər vəfat etdi – RƏSMİ

0
643

Azərbaycanda koronavirus infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxanlardan üç nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6557 test aparılıb.

Aktiv xəstə sayı isə 1748 nəfərdir.