Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçdi – Altı nəfər vəfat etdi + VİDEO

0
595

Bu gün Azərbaycanda daha 508 nəfərdə COVID-19-a yoluxma faktı aşkarlanıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumatda belə deyilir.

Koronavirusa yoluxanlardan altı nəfər isə vəfat edib.

Bununla da ölkədə indiyə qədər ümumi yoluxanların sayı 13 715-ə, yeni növ koronavirusdan ölənlərin sayı isə 167-ə çatıb.