
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 236 012 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib, aktiv xəstə sayı 3235 nəfərdir.
Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə 2 635 770 test aparılıb.