Koronavirusa kütləvi yoluxma qeydə alınan “Şəki Bazar” ASC yenidən fəaliyyətə başlayıb.
Bazar bu gün səhərdən etibarən açılıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19-a yoluxması hallarının qarşısının alınması məqsədilə “Şəki Bazar” ASC-nin üç gün müddətində fəaliyyətini dayandırması barədə qərar vermişdi.