Azərbaycanda koronavirusa kütləvi yoluxma: Araşdırma başlandı – RƏSMİ

0
404

Şəkidə “Bazar” adlanan ərazidə koronavirus infeksiyasına kütləvi yoluxma faktı qeydə alınıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

“Bazar” adlanan ərazidə sentyabrın 1-dən bu günə qədər götürülən test nümunələrinin 13-də koronavirus testi pozitiv olub:

“Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Epidemioloji vəziyyət barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Şəkidə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əksepidemik işlər aparılır”.

Bildirilib ki, mövcud vəziyyətdə infeksiya ocağının bazar olduğu nəzərə alınaraq, yaxın günlərdə profilaktik dezinfeksiya işləri məqsədilə bazarın müvəqqəti bağlanması məsələsinə baxıla bilər.