Azərbaycanda koronavirus xəstələrinin qan plazması ilə müalicəsinə başlandı

0
355

Azərbaycanda COVİD-19-dan sağalan şəxs digər xəstələrə könüllü şəkildə qan verib.

Ötən gün həmsöhbət olduğu Samir Seyidov (ad şərtidir) hazırda koronavirus xəstəliyindən əziyyət çəkən şəxslərə qan verib.

O bildirib ki, sonuncu yoxlamaların cavabları təmiz çıxdığı üçün donor kimi qan verə bilib:

“Mənimlə bərabər bir çox şəxsə müraciət edilmişdi. Biz razılıq verdik və qan plazmasının yararlı olub-olmayacağına dair test nümunələri verdik. Nəticələr təmiz çıxdı. Həkimlər donor ola biləcəyimi dedilər. 600 millilitr həcmində qan götürüldü.

Müraciət edilən vətəndaşlar həddən artıq çoxdur. Lakin bəziləri qorxduqları üçün donor olmaqdan imtina edir. Burada heç bir qorxulu məqam yoxdur. Amma bizim qan nümunələrimizdən alınan plazma kütləsi ağır vəziyyətdə olan COVİD-19 xəstələrinin sağalmasını sürətləndirə bilər”.