Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı, qurumun şöbə müdiri Yaqut Qarayeva, ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı iştirak edirlər.
Konfransda ölkədə tətbiq edilən karantin rejiminin yenidən uzadılmasından sonra koronavirusla bağlı bir sıra məsələlər barədə müzakirələr aparılır.