Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.
Brifinqdə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva və Dənizkənarı Bulvar İdarəsinin rəisi İlqar Mustafayev iştirak edir.
Konfransda ölkədə elan edilən xüsusi karantin rejiminin yenidən yumşaldılmasından sonra bir sıra məsələlər müzakirə olunur.