
Azərbaycanda koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı açıqlanıb.
Məlumata görə, fevralın 26-da 23 939 nəfər vaksinasiya olunub.
Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.