Azərbaycanda ilk: İrihəcmli nağd vəsaitləri hesaba qoymaq üçün banka getməyə ehtiyac qalmayacaq – FOTO/VİDEO

0
324

“KorpON” Azərbaycan ödəniş sistemləri bazarına yenilik və rahatlıq gətirir. Artıq insanlar iri həcmli, nağd fərdi vəsaitləri və korporativ ödənişləri “KorpON” terminalları vasitəsilə banka getmədən, günün istənilən vaxtı bank hesablarına mədaxil edə biləcəklər. Bazarda ilk olan bu xidmətin əsas məqsədi şirkətlərin və fərdi şəxslərin ödəniş və inkassasiya proseslərini optimallaşdırmaqdır. “KorpON”un önəmli xüsusiyyətlərindən biri vəsaitlərin limitsiz və toplu şəkildə depozit olunmasıdır. Belə ki, terminal 1 dəqiqə ərzində 1200 ədəd əsginas sayıb mədaxil edə bilir.

“KorpON” terminallarının üstünlükləri bununla bitmir:

– Bankda növbə gözləməyə, hər hansı bir sənəd təqdim etməyə ehtiyac qalmayacaq. Hesaba mədaxil etmək üçün sadəcə şəhərin müxtəlif nöqtələrində yerləşdirilən “KorpON” terminallarından birinə yaxınlaşmaq kifayətdir.

– 24/7 hesaba pul qoymaq imkanı – “KorpON” terminalları vasitəsilə günün istənilən vaxtında hesaba mədaxil etmək mümkündür.

– Birbaşa və sürətli mədaxil – “KorpON” vasitəsilə məbləğ hesaba bilavasitə, heç bir gecikmə olmadan daxil olur. 

– Rahat və sadə istifadə qaydası – “KorpON”dan istifadə etmək olduqca rahatdır. Belə ki, istifadəçilər terminalın monitorunda öz bank hesab nömrələrini daxil etməklə hesaba rahat mədaxil edə biləcəklər.

– Pulları çeşidləməyə gərək yoxdur – Əsginasları istənilən ardıcıllıqla terminala daxil edə bilərsiniz.

Bütün bu üstünlükləri özündə cəmləşdirən “KorpON” həm fərdi, həm də korporativ müştərilərə öz vaxt və enerjilərinə qənaət etməyə imkan yaradır.

Qeyd edək ki, hal-hazırda “PASHA” Bankın bütün korporativ və fərdi müştəriləri bu yeni xidmətdən istifadə edə bilərlər. Yaxın zamanda digər bankların müştəriləri də “KorpON”un üstünlüklərindən faydalanacaq. “KorpON” terminalları “PASHA” Bankın “Landmark”, “Port Baku” və “Bridge Plaza” ofislərində, həmçinin, ”Bravo”, “Araz Supermarket” “Grandmart”, “Rahat market”, “Bazarstore”, “Bolmart” supermarket şəbəkələrinin müxtəlif filiallarında, 50-dən çox məntəqədə yerləşdirilib.

Yeniliklər və ünvanlar üçün şirkətin rəsmi saytını və sosial media hesablarını izləyin (www.korpon.az, “Facebook”, “Instagram”, “Linkedin”, “YouTube”).