Azərbaycanda ilk dəfə onlayn keçirilən Qədr gecəsindən FOTOREPORTAJ

0
396

Ötən gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsi olub.

Mayın 12-dən 13-nə keçən gecəyə təsadüf edən ilk Qədr gecəsində paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinə baş çəkib.

İslam dininə görə, “Quran” Ramazan gecələrinin birində yer üzünə nazil edilib. Hər il bu gecədə insanlar məscidlərə gedərək, səhərə qədər ibadət edir. Gecə gün batandan səhər sübh azanına qədər davam edən “əhya” (diriliş, dirçəliş) gecələrində axundlar fasilələrlə xütbə oxuyur.

Hər il keçirilən Qədr gecələrindən fərqli olaraq, koronavirus pandemiyası ilə əlaqədar bu il insanların məscidlərə toplaşmasına icazə verilməyib. Məscidlərin dini icmaları karantin rejimini nəzərə alaraq, səhərə qədər əhya saxlayan şəxslər üçün onlayn proqram hazırlayıb.

İslam inanclarına görə, bu gecədə mələklər və mələklərin ən əzəmətlisi olan ruh Allahın izni ilə yerə enər və hər kəs üçün təyin edilən müqəddərat onlara təqdim edilər.

Xatırladaq ki, növbəti Qədr gecələri mayın 14-dən 15-nə, 16-dən 17-nə keçən gecələrə təsadüf edəcək.

Qədr gecəsindən olan görüntüləri təqdim edirik: