Azərbaycanda iki polis əməkdaşı koronavirusdan ölüb.
Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də vəfat edib.
Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olub.
Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, təəssüf ki, yayılan məlumatlar doğrudur:
“Pandemiya xəstəxanalarında müalicə olunan polis əməkdaşlarından, təəssüf ki, ikisi – polis polkovnik-leytenantı və polis mayoru həyatını itirib. Müalicəsini davam etdirən digər əməkdaşların vəziyyəti isə dəyişkən olaraq qalır.
Aralarında yüngül və orta-ağır vəziyyətdə olanları da var. Koronavirusa yoluxan digər vətəndaşlar kimi onların da müalicələri davam etdirilir”.