Azərbaycanda iki dəfə evli olmuş kişi məktəbli qızı qaçırtdı – YENİLƏNİB

0
336

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi Tərtər rayonunda məktəbli qızın qaçırılması ilə bağlı məlumatlara münasibət bildirib.

Qurumdan bildirilib ki, Tərtər rayonunun Evoğlu kəndində kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədovanın Agdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılması ilə bağlı 19 yanvar tarixində Dövlət Komitəsinə məlumat daxil olub.

Ailə, Qadın və Uşaq Poblemləri üzrə Dövlət Komitəsi dərhal faktın araşdırılmasına başlayıb.

Bununla bağlı Dövlət Komitəsi tərəfindən Tərtər və Agdam rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komisiya”ya məktubla müraciət edib.

16:10

Tərtərdə 16 yaşlı qız qaçırılıb. 

Hadisə rayonun Evoğlu kəndində baş verib.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Ləman Əhmədova Ağdam rayon sakini Seymur Məmmədov tərəfindən qaçırılıb.

Bununla bağlı polisə qızın ailəsi tərəfindən məlumat verilib. Ailəsi iddia edir ki, 16 yaşında olan Ləman aldadılaraq qaçırılıb. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinə 2005-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı müraciət daxil olub. İlkin araşdırmalar zamanı qızın 16 yaşını tamamladığı və ailə qurmaq məqsədi ilə öz istəyinə əsasən getdiyi müəyyən edilib. Hazırda Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Qızı qaçıran Seymur Məmmədovun iki dəfə evli olduğu və boşandığı bildirilir.