Bəzi saytlarda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının Abşeron Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirməsi barədə məlumat yayılıb.
Qeyd olunub ki, əməliyyat zamanı RİH-in başçısı İradə Gülməmmədovanın bütün müavinləri saxlanılıb.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil:
“İcra başçısının müavinləri hazırda işlərinin başındadır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti də məlumat yayıb”.