Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.
Bu barədə deputat Fazil Mustafa məlumat paylaşıb.
N.Məmmədovla tələbə yoldaşı olduğunu deyən F.Mustafanın sözlərinə görə, 55 yaşlı hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib: “Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.
Qeyd edək ki, N.Məmmədov 2000-2007-ci illərdə Ağdam Rayon Məhkəməsinin, 2007- 2013-cü illərdə Şəki Apellyasiya Məhkəməsinin, 2013-2017-ci illərdə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində fəaliyyətini davam etdirirdi.