Azərbaycanda hər gün 45 nəfər boşanır- VİDEO

0
709

Dövlət Statistika Komitəsiboşanmalarla bağlı statistik rəqəmləri açıqlayıb.

Statistikaya əsasən bu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5 min 562 boşanma halları qeydə alınıb. Bu isə o deməkdir ki,hər günə təxminən 45 nəfər boşanır.

Boşanmaların kökündə duran problem müxtəlif olsada amma nəticə dəyişmir.Sosioloqlar məsələ ilə bağlı həyəcan təbili çalır.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə bu problemi ortadan qaldırmaq üçün ciddi işlər görülməlidir. Çünki ailələrin dağılması cəmiyyətə də öz mənfi təsirini göstərir.

Məlumata əsasən ən çox boşanma halları aillərdə ilk 5 il ərzində qeydə alınır.