Azərbaycanda geyimə tələbat kəskin artıb

0
337

Azərbaycan geyim əşyaları və geyim üçün ləvazimatların idxalını artırıb.

2021-ci ilin doqquz ayında geyim əşyaları və geyim üçün ləvazimatlarının həcmi ümumi idxalın 2,2 faizini təşkil edib.

2021-ci ildə ölkəmiz xaricdən 185 471 680 dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 37 445 820 dollar və ya 25,3 faiz çoxdur.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin ilk doqquz ayı ərzində 148 025 860 dollar dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.