Azərbaycan Cüdo Federasiyası bu gündən etibarən yeni ünvana köçüb.
Qurum bundan sonra Bakı şəhəri, Abbasqulu Abbaszadə küçəsi 2-də fəaliyyətini davam etdirəcək.
Bu ünvanda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində 2006-cı ildə fəaliyyət göstərən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (Teleradio İstehsalat Birliyi) yerləşir.
Qeyd edək ki, daha əvvəl qurum federasiyanın sabiq vitse-prezidenti Sadıq Sadıqovun rəhbəri olduğu “Neftçi” İdman Klubunun ünvanında fəaliyyət göstərirdi.