Azərbaycanda FACİƏVİ HADİSƏ: 4 nəfər həlak oldu

0
100

Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində dəhşətli hadisə baş verib.

Gecə saat 00 radələrində VAZ 2107 markalı avtomobildə olan 5 nəfər maşınqarışıq Kür çayına düşüblər. Avtomobil çaya düşən zaman onlardan biri özünü maşından ataraq xilas ola bilib. Digər 4 nəfər isə  maşınla bərabər suya düşərək boğulublar. 

Xəbərdə bildirilir ki, həmin şəxslər restorandan qayıdan zaman gecə qaranlığında yolu itiriblər və avtomobil çaya düşüb. Gecə saatlarından başlayan axtarış hələlik heç bir nəticə verməyib. Meyitlərin və avtomobilin axtarışı davam edir.