Azərbaycanda FACİƏ: Bir ailənin yeddi üzvü xəstəxanaya yerləşdirildi

0
191

Masallıda bir ailənin yeddi üzvü dəm qazından zəhərlənib.

Hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb. Kənd sakinləri – 52 yaşlı Gülbahar Şahmarova, onun oğlu 30 yaşlı Elvin, qızı 18 yaşlı Günay, bacısı qızı 17 yaşlı Cəlalə və nəvələri: səkkiz yaşlı Rəsul, altı yaşlı Nuray, dörd yaşlı Fatimə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.