Azərbaycanda “Facebook”, “Instagram” və “Threads” sosial şəbəkələrində qlobal problem yaranıb.
Anidən hesablardan çıxış edilib.
Hazırda bir çox istifadəçi sözügedən sosial şəbəkə platformalarındakı profilinə daxil ola bilmədiyini bildirir.
Problemlə əlaqədar “Downdetector” da məlumat yayıb.
İstifadəçilərin sözügedən platformalara daxil olmaqda çətinlik çəkdiyi bildirilir. Həmçinin qeyd edilir ki, öz hesabına daxil olanlar üçün xəbər lenti yüklənmir, “Instagram”da video bölməsi – “Reels” işləmir.
Son 20 dəqiqə ərzində dünyanın müxtəlif ölkələrindən – ABŞ, Kanada, Avropa ölkələrindən və digər ölkələrdən 500 mindən çox istifadəçi sosial şəbəkədə problemlər barədə məlumat verib.
Problemin səbəbi hələlik məlum deyil, şirkət nümayəndələridə rəsmi açıqlama verməyiblər.