Azərbaycanda fərdi təhsilə cəlb edilmə ilə bağlı qaydalar hazırlanır

0
339

Fərdi təhsilə cəlb edilmə ilə bağlı qaydalar hazırlanır”.

Bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ötən həftə qəbul edilmiş qərara əsasən, bu həftədən etibarən repetitor fəaliyyəti ilə bağlı icazə verilir:

“Bu fəaliyyət həyata keçirilərkən məsafənin gözlənilməsi xüsusi önəm təşkil etməlidir. Bununla bağlı müvafiq qaydalar hazırlanır. Bu gün ya sabah o qaydaların açıqlanması gözlənilir. Mövcud normalara uyğun olaraq, məhdudiyyət sayla bağlı deyil, saatla bağlıdır”.