Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi azalıb

0
559

Azərbaycanda depozit və kreditlər üzrə orta faiz dərəcəsi ötən ilin noyabr ayı ərzində aşağı düşüb.

Hesabat ayında manatla depozitlər üzrə orta faiz 0,24 faiz bəndi azalaraq 9,31%, xarici valyutada isə 0,09 faiz bəndi azalaraq 1,93% təşkil edib.

Hesabata əsasən, 2019-cu ilin dekabrın 1-nə fiziki şəxslərin manat depozitlərində orta faiz dərəcəsi 9,76%, xarici valyutada yerləşdirilən əmanətləri üzrə isə 2,45% enib.

Bu müddətdə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34%-dən 14,18%-ə, xarici valyutada verilmiş kreditlər üzrə isə 6,69%-dən 6,16%-ə enib.

Hesabata əsasən, fiziki şəxslərə xarici valyutada verilmiş kreditlərin orta faiz dərəcəsində 2,74% azalaraq 8,87%, manatla kreditlər isə 0,17% azalaraq 16,96% olub.

Qeyd edək ki, ilin əvvəlindən fiziki şəxslərə verilmiş kreditlərin orta faiz dərəcəsində kəskin azalma qeydə alınıb. Belə ki, cari il yanvarın 1-nə bu kateqoriyadan olan kreditlər üzrə orta faiz dərəcəsi 14,67% təşkil edib.

AMB-nin məlumatına görə, manatla verilmiş banklararası kreditlərin orta faiz dərəcəsi noyabr ayı ərzində 0,02% bəndi azalaraq dekabrın 1-nə 9,16%-ə enib. Xarici valyutada isə bu kreditlərin orta faiz dərəcəsi 0,36% bəndi artaraq 3,40%-ə yüksəlib.