Azərbaycanda 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.
Hazırda ölkədə aktiv xəstələrin sayı 6818 nəfərdir. Ümumilikdə bu günə qədər koronavirusa yoluxan 15369 nəfərdən 8364-ü sağalıb, 187-si ölüb.