Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 412 yeni yoluxma – FOTO/VİDEO

0
461

Azərbaycanda koronavirus infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

Hazırda aktiv xəstə sayı 6555 nəfər təşkil edir.