Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 79 yeni yoluxma – FOTO

0
746

Azərbaycanda koronavirus infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 278 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5015 test aparılıb.

Aktiv xəstə sayı isə 2513 nəfərdir.