Azərbaycanda daha bir tələbə ürək çatışmazlığından vəfat edib

0
196

Azərbaycanda tələbə ürək çatışmazlığından dünyasını dəyişib.

Bununla əlaqədar “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan İqtisad Universitetinin (UNEC) Biznesin idarə edilməsi ixtisasının IV kurs tələbəsi olan Elmin Rzayev ürəktutmasından vəfat edib.

Qeyd edək ki, son 10 gün ərzində üç tələbənin ürəktutmasından vəfat etdiyi haqqında xəbər yayılıb.