Azərbaycanda daha bir idman federasiyasının adı DƏYİŞDİRİLDİ

0
242

Azərbaycan Yelkənli İdman Federasiyasının hesabat-seçki konfransı olub.

tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilib.

Mətbuat konfransında Dövlət Dəniz Agentliyinin sabiq rəhbəri Qüdrət Qurbanov yenidən qurumun prezidenti seçilib. Qeyd edək ki, Qurbanov 2014-cü ildən federasiyaya rəhbərlik edir.

Konfransda həmçinin Burcu Alqon Cirocianni federasiyanın vitse-prezidenti, Asif Mehdiyev, Ülvi Həsənov və Tatyana Srebnaya isə İcraiyyə Komitəsinə üzv seçiliblər.

Federasiyanın baş katibi və MEDİA-nın direktoru Əhməd İsmayılov isə çıxış edərək Azərbaycan Yelkənli İdman Federasiyasının adının dəyişdirildiyini bildirib. Onun sözlərinə görə, qurum bundan sonra Yelkən Federasiyası adlandırılacaq.

Xatırladaq ki, daha öncə Mədət Quliyevin rəhbəri olduğu Azərbaycan Velosiped Federasiyasının (AVF) adı dəyişdirilmişdi.