Sumqayıt şəhər 1 nömrəli xəstəxananın həkimi Şaiq Əliyev bu gün yeni növ koronavirusdan vəfat edib.
55 yaşlı həkim xəstəxananın ümumi cərrahı olub və bir müddət əvvəl koronavirusa yoluxub. Səhhəti ağırlaşdığı üçün Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.