Azərbaycanda daha 76 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ + VİDEO

0
546

“Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, 28 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb və evə buraxılıb:

“526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağırdır”.

“27 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir”, – deyə o vurğulayıb.