Azərbaycanda daha 530 nəfər koronavirusa yoluxub, səkkiz nəfər vəfat edib – FOTO

0
308

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 530 yeni yoluxma faktı qeydə alınıb 1 209 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 615 842 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 597 754 nəfər müalicə olunaraq sağalıb, 8 332 nəfər vəfat edib, aktiv xəstə sayı 9 756 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 591, ötən müddət ərzində isə ümumilikdə 5 842 565 test aparılıb.