Azərbaycanda daha 37 nəfər koronavirusdan öldü: 1101 yeni yoluxma – FOTO

0
345

Azərbaycanda koronavirusa (COVID-19) 1 101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 37 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 37 781 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 11 279, hazırkı dövrədək isə 2 174 343 test aparılıb.

Ümumi ölənlərin sayı 2 575 nəfərdir.

Ümumi yoluxanların sayı 216 584 nəfər, ümumi sağalanların sayı 176 228 nəfərdir.