Azərbaycanda daha 32 nəfər koronavirusdan öldü: 1064 yeni yoluxma – FOTO

0
428

Azərbaycanda koronavirusa (COVID-19) 1 064 yeni yoluxma faktı qeydə alınıb, 4 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 32 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 31 637 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 10 219, hazırkı dövrədək isə 2 195 466 test aparılıb.

Ümumi ölənlərin sayı 2 641 nəfərdir.

Ümumi yoluxanların sayı 218 700 nəfər, ümumi sağalanların sayı 184 422 nəfərdir.