Azərbaycanda daha 16 nəfər koronavirusdan ölüb, 1365 nəfər isə sağalıb – FOTO

0
313

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 648 yeni yoluxma faktı qeydə alınıb, 1 365 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 612 205 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 155 nəfər müalicə olunaraq sağalıb, 8 238 nəfər vəfat edib, aktiv xəstə sayı 13 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 891, ötən müddət ərzində isə ümumilikdə 5 777 429 test aparılıb.