Azərbaycanda daha 158 nəfərdə koronavirus aşkarlandı – RƏSMİ + VİDEO

0
348

Azərbaycanda 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Məlumata görə, hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226.005 test aparılıb.