Dünən Gəncə şəhərində 4 mərtəbli binada partlayış zamanı xəsarət alan şəxslər xəstəxanada dünyasını dəyişib.
59 yaşlı Ruzigar Rzayev və 40 yaşlı Mirmehdi Cabbarov aldıqları yanıq xəsarətlərindən həyatlarını itirib.
Həmin şəxslər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Bakı şəhərinə aparılmışdı.
Məlumat üçün bildirək ki, hadisə Gəncə şəhər Kəpəz rayonu ərazisində 4 mərtəbəli binanın dördüncü mərtəbəsində baş vermişdi. Partlayışa səbəb qaz sızması olub.
xxx
Gəncə şəhəri, H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib.
Hadisə H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib.
Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Rzayev Rüzigar Salman oğlu, 1981-ci il təvəllüdlü Cabbarov Mehdi Mirağa oğlu və Rzayeva İradə Oktay qızı ağır yanıq xəsarətləri alıblar.
Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə hadisə qaz sızması nəticəsində baş verib
xxx
07:56
Ötən gecə Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən, bina “56 A”da baş verən yanğın nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Yanğın nəticəsində 1981-ci il təvəllüdlü Cabbarov Mirmehdi Mirağa oğlu və digər mənzildə olanlar, 1968-ci il təvəllüdlü Rzayeva İradə Oktay qızı, onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Qasımov Rüzgar Salman oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Onlar öncə özəl xəstəxanaya, daha sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.
İlkin məlumata görə, yanğın M.Cabbarovun mənzilində qeydə alınıb. Onun siqaret çəkmək istədiyi zaman partlayış baş verdiyi bildirilir.
Qonşuluqda olan ər və arvadın vəziyyəti normal, C.Cababrovun vəziyyəti isə kafi qiymətləndirilir.