Azərbaycanda casusluğa görə saxlanılan Martin Rayanla bağlı ŞOK FAKTLAR

0
241

Azərbaycanda casusluqda ittiham olunaraq saxlanılan Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib.

Bu barədə onun atası Riçard Rayan “Agence France-Presse” (AFP) agentliyinə danışıb.

“Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib”, – R.Rayan deyib.

Qeyd edək ki, Martin Rayan 2023-cü ilin dekabrında Bakıda saxlanılan casusluqda ittiham olunan Fransa vətəndaşı məhkəmə tərəfindən 4 ay müddətinə həbs edilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə müsahibəsində Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini deyib.

Martin Rayanın atası Riçard isə bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”. (“Report”)