Azərbaycanda bu sahələrdə çalışanların maaşları artırıldı

0
467

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırılıb.

Bununla bağlı Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərarda müvafiq dəyişiklik edib.
Dəyişikliyə əsasən, dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli belə müəyyən olunub:
Əməyin ödənilməsi dərəcələri Aylıq tarif (vəzifə) maaşı

(manatla)

1 250
2 260
3 271
4 282
5 294
6 306
7 319
8 332
9 346
10 360
11 375
12 390
13 406
14 423
15 440
16 457
17 529
18 666
19 906